Xalça yuma, təmizlik, qışa hazırlıq

Yay mövsümündə insanların ən mühüm görəcəyi təmizlik işlərindən biri də xalça yumadır. Düzdür son dövrlərdə xalça yuma ilə bağlı xidmət sahələri fəaliyyət göstərsə də, ancaq insanların böyük əksəriyyəti hələ də öz əllərilə xalçalarını yumağa üstünlük verilər. Bəlkə də buna yuyulacaq xalçalara görə, təklif edilən xidmət haqları da təsir edir.

Xalça yuma üçün ilk addımlar

 Toz şəklində olan xalça təmizliyi məhsulları quruma müddəti kimi bir problemi olmadığı üçün təmizliyi daha sürətli və asan edir.

 Xalçadakı ləkələri suya qarışdırılmış xalça şampunu və sərt tükləri olan fırçanın köməkliyi ilə təmizləyə bilərsiniz.

 Xalçadakı qoxuları aradan aparmaq üçün soda da istifadə edə bilərsiniz.

 Krem rəngli xalçanıza qəhvə tökülə bilər və ya təkcə gündəlik yığılan çirklər və tozlar da ola bilər. Səbəbi nə olursa, olsun xalçaların baxılmasına və təmizliyə ehtiyacı var. Xalça təmizliyində bizə ən çox əziyyət verən məsələ mebeli yerindən çəkmək və xalçaların qurumasını gözləməkdir. Lakin xalçaların təmizlənməsi, yuyulması o qədər də çətin deyil. Odur ki, xalça yuyulmasında mühüm nöqtələrə diqqət edin!

Xalçalar necə yuyulur?

 Xalça tozunun təmizlənməsi asan və sürətlidir. Soda və ya xalça təmizləmə tozunu aşağıdakı kimi, istifadə edə bilərsiniz:

 Tozu xalçanın üzərinə eyni miqdarda səpin. Təxminən 30 dəqiqə tozu xalçanın üzərində saxlayın. Bütün gecə saxlasanız daha təsirli olacaq.

 Bu müddət ərzində içində səpilən toz xalçadakı çirkləri yumşaldacaq və qoxuları aradan aparacaq. Nəhayət tozsoranla süpürün.

Xalça şampunundan necə istifadə edək?

Xalça şampunu da xalçaların yuyulmasında istifadə olunan digər alternativ üsuldur. Bunun üçün ilk növbədə xalça şampununun istifadəsilə bağlı təlimatına diqqət etmək lazımdır. Şampunu su ilə qarışdırmadan əvvəl təlimatını mütləq oxuyun. Ümumiyyətlə bu cür təmizlik məhsullarının suya qarışdırılması mühümdür.

Xalçanızı çox islatmayın, çoxlu yuyucu toz da əlavə etməyin, çünki bu cür xalçanın quruma müddətini də uzatmış olacaqsınız. Gec təmizlənən ləkələrin üzərinə sərt tüklü fırça istifadə edərək, sürtün. Xalçanı qurumağa qoyun. Quruduqdan sonra, şampun qalıqlarını tozsornala süpürün.

Bəs xalça təmizləyən toz daha effektivdir, ya şampun?

Xalçanın yuyulması əsnasında sabun və suyun işə yaramayacağı vəziyyətlər də ola bilər. Xüsusilə də çətin yuyulan ləkələr, qoxular və illərlə yığılan tozlar buna səbəb ola bilər. Çətin təmizlənəcək ləkələrlə bağlı elə də çox vaxtınız yoxdursa, şampundan istifadə əvəzinə keyfiyyətli bir xalça təmizləyici tozuna üstünlük verin. Toz məhsulların təmizlənməsi daha asandır və şampunla eyni təmizliyi təmin edir.

Bəs təbii yollarla xalçaları necə təmizləmək olar?

Mətbəxdəki məhsullardan istifadə etməyi sevirsinizsə, sizin üçün bəzi tövsiyələr verə bilərik. Mineral suyun ləkə təmizləmə məsələsində təsiri aşkar bir həqiqətdir, amma təzə ləkələr üçün duz istifadə etmək də yaxşı seçimdir. Soda xalçanın tüklərinə hopmuş pis qoxuları da təmizləyir. Yeni təmizlik metodlarını tətbiq etməkdən əvvəl, ilk növbədə bunu xalçanın görünməyən bir hissəsində sınaqdan keçirməyi unutmayın.

Ləkələri quruyub xalçaya yapışmadan əvvəl təmizləmək ən yaxşı üsuldur. Ləkə hopduraraq təmizləməməlisiniz, yəni sürtərək silmək ləkənin xalçaya daha çox yayılmasına səbəb olacaqdır. “Xalça ləkəsi nə ilə təmizlənə bilər?” soruşursunuzsa, yuyucu tozların istifadə edə bilərsiniz və ya ləkənin növünə görə aşağıdakı üsulları tətbiq edə bilərsiniz:

Saqqız kimi yapışqan maddələrin üzərinə buz qoyub ləkənin sərtləşməsini təmin etməklə təmizlənməsini daha asanlaşdıracaqsınız.

Qoxusu olan ləkələr üçün eyni miqdarda ilıq su və sirkə qarışdırın, daha sonra ləkənin üzərinə təmizlik bezilə sürtün.

Online Sifariş ver

Online sifariş verərək tez bir zamanda əməkdaşlarəməz sizinlə əlaqə saxlayacaq. Sifarişinizi qəbul edəcəklər