Xalçaların yerində yuyulma xidməti əsasən idarə və təşkilatlar, restoranlar üçün keçərlidir. Çünki belə yerlərdə xalça və ya kovralitlər başdan başa döşəməyə xüsusi yapışqan lentlərlə yapışdırılır və onların götürülərək yuyulması qeyri mümkün olur. Sırf bu səbəbdən də yerində yuma xidməti bu tip yerlər üçün böyük avantaj daşıyır.

Aparatın əsas özəllik daşıyan başlığı xalçadakı tozu, çirki və yad cisimcikləri yüksək təzyiqlə sovurur. Və beləliklə xalça yumaya hazır vəziyyətə gətirilir. 

Xüsusi çirk və ləkə çıxarıcı maye qarışımından istifadə olunaraq tam dərinliyinə qədər yuyulur.Xususi fırçalar vasitəsi ilə xalça tamamən köpükləndirilir və fırçalanır. Ləkə varsa üzərində fərdi şəkildə işlənilir. Və ən sonda vakum aparatı ilə xalçadakı maye, su çəkilir.Yuyulub təmizlənən ərazini 1-gün istifadə etməmək məsləhətdir.